Kyurzavanın agenti müştərisinin gələcəyi ilə bağlı məlumat verdi

PSJ-nin fransalı müdafiəçisi Leven Kyurzavanın agenti müştərisinin yay transfer pəncərəsi ilə bağlı planlarından danışıb.

Sports.az futbolçunun agentinin bu barədə məlumatını təqdim edir:

“İspan klubları Kyurzavanın transferində maraqlıdırlar, mən hələ də əminəm ki, Leven yüksək səviyyəli oyunçudur.
Gözəl bölgəsi və yaxşı futbol oynayan klubu olan “Jirona” ilə də maraqlanırıq. Dediyim kimi, artıq bir neçə klub Levenə təklif edib, ona görə də ümidvarıq ki, tezliklə yekun seçimi edəcəyik”.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar