“Roma”nın sabiq idman direktoru Dibala haqda ağızdolusu danışdı

Fevralın əvvəlində vəzifəsini tərk etmiş, “Roma”nın sabiq idman direktoru Tyaqu Pintu “canavarlar”ın argentinalı hücumçu Paulo Dibala haqda fikirlərini paylaşıb.

Sports.az portuqal mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Paulo qızıl uşaqdır. Böyük oyunçu və əla insandır. Gizlətmirəm ki, Paulo ilə tanış olmamışdan əvvəl ona bir oyunçu kimi heyran olmuşam, amma bir insan olaraq daha çox heyranam. O, təsirli oğlandır və düşünürəm ki, o, Romada çox xoşbəxtdir. Düşünürəm ki, şəhər və azarkeşlər onu xoşbəxt ediblər”.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar