Dünya futbolu
“Nəticələr öz sözünü deyir”

29.04.2026 | 09:00
“Mançester Yunayted”in müdafiəçisi Harri Maquayr “Brentford”la oyundan (2:1) sonra açıqlama verib.
Sports.az xəbər verir ki, ingiltərəli futbolçu bu qələbənin komandanın Premyer Liqanın turnir cədvəlində 3-cü yerdə möhkəmlənməsinə imkan verdiyini bildirib:
“Nəticələr öz sözünü deyir. Yeni baş məşqçinin (Maykl Karrik) rəhbərliyi altında inkişaf etmişik. Müdafiədə daha yaxşıyıq və təkcə rəqibin cərimə meydançasında deyil, həm də öz cərimə meydançamızda yaxşı çıxış edirik. Hücumda da daha təhlükəli olmuşuq”.
Maquayr 2019-cu ildən bəri “Mançester Yunayted”də çıxış edir. “Qırmızı şeytanlar” sonuncu dəfə ölkə çempionluğunu 2013-cü ildə qazanıb.
Son xəbərlər





























