Güləş/Cüdo
Azərbaycanı “Böyük Dəbilqə"də təmsil edəcək cüdoçular müəyyənləşib

29.04.2026 | 11:00
Azərbaycanı mayın 1-3-də Tacikistanın paytaxtı Düşənbədə keçiriləcək "Böyük Dəbilqə" turnirində təmsil edəcək cüdoçuların adları açıqlanıb.
Sports.az xəbər verir ki, yarışda kişilərdən ibarət yığmanın böyük məşqçiləri – Elçin İsmayılov və Slavko Tekiçin rəhbərliyi altında 4 çəki dərəcəsində 6 cüdoçu mübarizə aparacaq.
Heyətdə Murad Muradlı (60 kq), Nizami İmranov, İslam Rəhimov (hər ikisi 66 kq), Rəşid Məmmədəliyev (73 kq), Uşanqi Kokauri, Camal Qamzatxanov (hər ikisi +100 kq) yer alıblar.
Dünya Cüdo Turuna daxil olan "Böyük Dəbilqə"də 34 ölkədən 248 idmançı qüvvəsini sınayacaq.
Son xəbərlər





























