Dünya futbolu
“Qalatasaray” “Mançester Siti”nin kapitanını ələ keçirmək istəyir

03.05.2026 | 17:00
Məlum olduğu kimi, “Mançester Siti”nin kapitanı, portugal yarımmüdafiəçi Bernardo Silva cari mövsümün sonunda “şəhərlilər”dən ayrılacaq.
Sports.az xəbər verir ki, Silva “Barselona”ya keçmək niyyətindədir.
Vurğulanır ki, müvafiq mənzərədə Türkiyə nəhnəgi “Qalatasaray” portuqal futbolçunu ələ keçirmək üçün Silvaya sərfəli təklif ünvanlamaq fikrindədir. Silva müvafiq təklifi qəbul edərsə, 3 illik müqavilə müqabilində 50 milyon avro məbləğində gəlir əldə edə biləcək.
Son xəbərlər





























