“Bakı Marafonu”nun mükafatlandırma mərasimi olub

“Bakı Marafonu”nun mükafatlandırma mərasimi olub

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən "Bakı Marafonu 2026"da mükafatlandırma mərasimi olub.

Sports.az xəbər verir ki, marafonun "Sea Breeze" ərazisindəki finiş zonasında qaliblərə medalları Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva təqdim edib.

Mərasimdə, həmçinin Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov və "Agalarov Development" şirkətinin prezidenti Emin Ağalarov iştirak ediblər.

Ardınca xatirə şəkili çəkdirilib.

Marafonda finiş xəttinə kişilər arasında ilk çatan idmançı Türkiyədən Əhməd Alkanoğlu olub. İkinci yerdə ukraynalı yarışçı Vitaliy Şafar, üçüncü yerdə isə Qırğızıstan təmsilçisi Yrskeldi Akerov qərarlaşıb.

Qadınların mübarizəsində Rusiyadan Elena Tolstıx birinci, Azərbaycandan Anna Yusupova ikinci, Qazaxıstandan Şirin Akimbay üçüncü yerin sahibi olub.

Qeyd edək ki, bu il "Bakı Marafonu" ilk dəfə olaraq 21 kilometrlik məsafədə deyil, tam 42 kilometrlik marşrutda keçirilib. Marafona 25 min iştirakçı qatılıb. Birinci yerə çıxana 6 000 AZN, 2-ci yerin qalibinə 4 000 AZN, finişə 3-cü çatan iştirakçıya isə 2 000 AZN pul mükafatı təqdim edilib. Bundan əlavə, 42 km məsafəni tamamlayan bütün iştirakçılara medallar verilib. Daha qısa məsafə üzrə də mükafatlar təqdim edilib. 21 km yarımarafon məsafəni qət edən ilk 2 000 iştirakçı medal, 10 km məsafəni tamamlayanlar isə sertifikatlarla təltif olunub.

İlk dəfə olaraq 21 kilometrlik məsafədə deyil, tam 42 kilometrlik marşrutda keçirilən marafona tanınmış ictimai-siyasi, incəsənət xadimləri, ziyalılar da qoşulub. Azərbaycan vətəndaşları ilə yanaşı, ABŞ, Almaniya, Boyük Britaniya, Gürcüstan, Rusiya, Türkiyə, Ukrayna, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Çin və digər ölkə təmsilçiləri də qələbə uğrunda yarışıblar. Hər dəfə olduğu kimi, builki yarışda da fiziki imkanları məhdud, eləcə də Daun sindromlu şəxslər də iştirak edib.

Son xəbərlər
“Atletiko”dan çətin qələbə
Avropa çempionatına 2 gümüş, 1 bürünc medalla start
“Çelsi” üçün ehtiyat seçim
Əli Cavadlı Avropa çempionatının finalında
Stolüstü tennisçilər Daşkəndə yollandılar
MY “Real”ın yarımmüdafiəçisini ələ keçirmək istəyir
Rəhim Həsənovdan 31-ci turun mübahisəli epizodlarına şərh - VİDEO
“Şəmkir” darmadağına üzüldü
“Çelsi” məşhur mütəxəssislə danışıqlarını davam etdirir
“Liverpul” Salaha əvəz tapıb
Əsgərova növbəti təyinat
Qocaman mütəxəssis İtaliya yığmasını çalışdırmağa hazırdır
Hakimlər üçün danışılmış oyunlara qarşı sessiya
“Yuventus”un müdafiəçisi İngiltərə nəhənglərinin maraq dairəsindədir
Baş məşqçisi “İpsviç Taun”dan ayrıla bilər
“Bizim də müəyyən planlarımız var” - Rəşad Sadıqov
1-ci Liqada 26-cı turun təyinatları açıqlandı
“Benfika” baş məşqçisini sərbəst buraxmağa hazırdır
“UFC Fight Night Baku” turnirinin bütün döyüşləri bəlli oldu
Əsas ulduzu “Roma”da qalmaq istəyir
40 yaşında dünya çempionatı üçün milliyə çağırıldı
“Real”ın oyunçuları komanda yoldaşlarından birinin satışını tələb edirlər
Qapıçısı PSJ-dən ayrıla bilər
Baş məşqçisi “Barselona” ilə müqaviləsini yenilədi
“Real”ın növbəti mövsümdə qoyuluş edəcəyi futbolçular məlum oldu
“Zirə” ilə qarşılaşmanı səbirsizliklə gözləyirik” - Dambrauskas
Beynəlxalq turnirdə üç medal
“Azərbaycandakı avtomobil yolları möhtəşəmdir”
Son 20 ilin ən uğursuz mövsümü
“Çelsi” məşhur mütəxəssisə geniş səlahiyyətlər verməyə hazırdır
DAHA ÇOX

Ən çox oxunanlar