Dünya futbolu
Levandovski MLS-dən təklif aldı

08.05.2026 | 23:20
“Barselona”nın 37 yaşlı polyak ulduzu, mərkəz hücumçusu Robert Levandovski karyerasını MLS-də davam etdirə bilər.
Sports.az xəbər verir ki, “Lyova” “Çikaqo Fayr”dan təklif alıb.
“Alov”a qoşulacağı halda, Levandovski mövsümə 15 milyon avro məbləğində əməkhaqqı alacaq. Əlavə üstəliklərlə “Lyova”nın gəlirinin mövsümə 20 milyon avro məbləğə çata biləcəyi vurğulanır.
Levandovskinin müvafiq təklifi hələ cavablamadığı bildirilir.
Son xəbərlər





























