AFFA klublara lisenziya verdi

AFFA klublara lisenziya verdi

Bu gün AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilib.

Sports.az xəbər verir ki, iclasda 2026/2027-ci illər mövsümündə UEFA-nın kişilər və qadınlar arasında klub yarışlarında, Misli Premyer Liqasında, I Liqa, II Liqa və AFFA Yüksək Qızlar Liqasında iştirak etmək üçün müraciət etmiş klubların sənədlərinə baxılıb.

AFFA-nın Lisenziya Komissiyası Azərbaycan futbol klublarının lisenziyalaşdırılması üzrə qaydaların (Buraxılış 2025) 9-cu maddəsinə əsaslanmış müzakirələrdən sonra aşağıdakıları qərara alıb:
 
1. UEFA-nın kişilər arasında keçirilən klub yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin:
“Araz-Naxçıvan” PFK, “Qarabağ” FK, “Qəbələ” İK, “Neftçi” PFK, “Sabah” FK, “Sumqayıt” FK, “Şamaxı” FK, “Turan Tovuz” PFK İB, “Zirə” PFK.
 
2. UEFA-nın qadınlar arasında klub yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin:
“Neftçi” PFK, “Sumqayıt” FK.
 
3. Premyer Liqa yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin:
“Baku Sportinq” FK, “Difai” FK, “İmişli” PFK, “Karvan-Yevlax” FK, “Kəpəz” PFK İB, “Mingəçevir” FK, “Səbail” PFK, “Şəfa” FK.
 
4. I Liqa yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin:
“Cəbrayıl” FK, “Dinamo” FK, “Qaradağ Lökbatan FK”, “Quba” FK, MOİK FK, “Şahdağ Qusar” FK, “Şəmkir” PFK, “Şimal” FK, “Xankəndi” FK, “Zaqatala” PFK.
 
5. II Liqa yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin:
“Ağstafa Gəncləri” FK, “Araz Saatlı” FK, “Biləsuvar” FK, “Kür Araz” FK, “Lənkəran” FK, “Marafon” İK, “Ramana” FK, “Samur” FK, “Şəfəq” FK, “Şəki Siti” FK, “Şirvan” FK, “Zəngəzur” FK
 
6.  II Liqa yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilməsin:
“Ağdaş” FK, “Xəzər Ağcabədi” FK.
 
7. AFFA Yüksək Qızlar Liqasında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin:
“Araz-Naxçıvan” PFK, “Baku Juniors” FK, “Dirçəliş” FK, “İmişli” PFK, “Qəbələ” İK, “Liman” UFK, “Sabah” FK, “Şəfa” FK, “Ümid” FK.
 
UEFA lisenziyasına müraciət edən lisenziya iddiaçısı Lisenziya Komissiyası tərəfindən qəbul olunmuş qərarı aldıqdan sonra 10 (on) gün ərzində apellyasiya şikayəti vermək hüququna malikdir. Digər lisenziya növlərinə müraciət edən lisenziya iddiaçıları üçün isə bu müddət 5 (beş) gündür.
 
Qeyd 1: Azərbaycan futbol klublarının lisenziyalaşdırılması üzrə qaydaların (Buraxılış 2025) 14-cü maddəsinə müvafiq olaraq, lisenziyanı almış klub avtomatik olaraq çıxış etdiyi liqadan aşağı yarışlarda da iştirak üçün lisenziya əldə etmiş hesab olunur.
Qeyd 2: II Liqa yarışlarında iştirak edən “Göygöl” FK, həmçinin AFFA Yüksək Qızlar Liqası yarışlarında iştirak edən “Təhsil 8” FK və “Zaqatala”QFK lisenziya prosesinə qoşulmaqdan imtina etmişdir.

Son xəbərlər
“Zirə” Qubada xal itirdi - VİDEO
“Heç-heçə ədalətli nəticədir”
“May ayında palçıqda futbol oynayırıq” - Rəşad Sadıqov
Yığmamız ikinci oyununda da uduzdu
“Sabah” “Kəpəz”ə qarşı - YENİLƏNİR
AFFA klublara lisenziya verdi
“Qarabağ”ın əvəzedicilərindən darmadağın
Premyer Liqada aprelin ən yaxşı məşqçisi və futbolçusu məlum oldu
Azərbaycanın 28 güləşçisi qitə birinciliyində yarışacaq
Azərbaycan çempionatının qalibləri müəyyənləşdi
Azərbaycan cüdoçuları Astanada ilk günü medalsız başa vurdular
Ninkoviçin qolu Premyer Liqanın ən yaxşısı seçildi
Finalın oyunöncəsi mətbuat konfranslarının və açıq məşqin vaxtı məlum oldu
Azərbaycan qran-prisi üçün rekord sayda müraciət
Çimərlik güləşçilərimiz mövsümə Vyetnamda start verəcəklər
1-ci Liqada 26-cı turun oyun cədvəli açıqlandı
Yunanov 4 oyunluq cəza aldı
"Qarabağ"a 70 min manatdan çox cərimə, Yankoviçə 8 oyunluq cəza
“Neftçi” yarımfinalda məğlub oldu
Azərbaycanın iki cüdoçusu üçün bürünc medal şansı
AFFA rəsmiləri Özbəkistanda səfərdə olublar
Premyer Liqanın 31-ci turu rəqəmlərin gözü ilə
Yüksək Liqada 20-ci turun oyun cədvəli açıqlandı
PFL çempion oldu
“Məktəbli Qızlar” turnirinə yekun vurulub
Günün oyunları – TV
Millimizin ikinci sınağı
“Real”da intizami araşdırma aparılır
“Əlimizdən gələni edəcəyik ki, sevinən tərəf olaq” - Rəşad Sadıqov
Kubokun finallarını tribunalardan 289 463 tamaşaçı izləyib
DAHA ÇOX

Ən çox oxunanlar