Azərbaycanın 28 güləşçisi qitə birinciliyində yarışacaq

Azərbaycanın 28 güləşçisi qitə birinciliyində yarışacaq

Azərbaycanın 28 güləşçisi mayın 11-dən 17-dək Bolqarıstanın Samakov şəhərində keçiriləcək U-17 Avropa çempionatında iştirak edəcək.

Sports.az xəbər verir ki, qitə birinciliyində açılışı yunan-Roma güləşi üzrə millinin üzvləri edəcək.

Böyük məşqçi Rafiq Hüseynov, məşqçilər Kamran Məmmədov, Zöhrab Abbasov və Müşviq Məmmədovun rəhbərliyi altında Əli Cavadlı (45 kq), Ömər Salmanov (48 kq), Hüseyn Mustafazadə (51 kq), Qurban Məcnunov (55 kq), Elmir Çərkəzov (60 kq), Orxan Həbibli (65 kq), Əli Məmmədov (71 kq), Zəka Yusubov (80 kq), Zöhrab Səfərov (92 kq) və Məhəmməd Mustafayev (110 kq) mübarizəyə start verəcək.

Daha sonra estafet qadın güləşinə keçəcək. Böyük məşqçi Mariya Stadnik və məşqçi Solmaz Adilovanın rəhbərliyi altında Gülxanım Şirinova (40 kq), Nuray Cəfərli (46 kq), Xədicə Qurbanzadə (49 kq), Fatimə Bayramova (53 kq), Məryəm Əmrəli (57 kq), Fidan Babayeva (61 kq), Nuray Həsənli (65 kq) və Simurə Abdullayeva (69 kq) çıxış edəcək.

Yarışın sonlarında böyük məşqçi Əsgərxan Novruzov, məşqçilər Vahid Məmmədov, Yaşar Əliyev və Allahverdi Vəliyevin rəhbərliyi altında Tunar Həsənov (45 kq), Hüseyn Rzazadə (48 kq), İbrahim Həsənov (51 kq), Abbas Şəfiyev (55 kq), Vahid Məmmədov (60 kq), Rəşid Nazarov (65 kq), Tunar Quliyev (71 kq), Nihad Süleymanlı (80 kq), Elgün Kərimli (92 kq) və Hakim Tağıyev (110 kq) uğur qazanmağa çalışacaq.

"Samokov Arena"da keçiriləcək yarışda gündüz seansının görüşləri Bakı vaxtı ilə saat 11:30-da, axşam seansının qarşılaşmaları isə 19:00-da başlayacaq.

Avropa çempionatında ədaləti I dərəcəli hakimlər Həbib Nurulu, Zaur Şərifov və Eldar Bayramov qoruyacaq.

Son xəbərlər
Yığmamız ikinci oyununda da uduzdu
“Sabah” “Kəpəz”ə qarşı - YENİLƏNİR
AFFA klublara lisenziya verdi
“Qarabağ”ın əvəzedicilərindən darmadağın
Premyer Liqada aprelin ən yaxşı məşqçisi və futbolçusu məlum oldu
Azərbaycanın 28 güləşçisi qitə birinciliyində yarışacaq
Azərbaycan çempionatının qalibləri müəyyənləşdi
Azərbaycan cüdoçuları Astanada ilk günü medalsız başa vurdular
Ninkoviçin qolu Premyer Liqanın ən yaxşısı seçildi
Finalın oyunöncəsi mətbuat konfranslarının və açıq məşqin vaxtı məlum oldu
Azərbaycan qran-prisi üçün rekord sayda müraciət
Çimərlik güləşçilərimiz mövsümə Vyetnamda start verəcəklər
1-ci Liqada 26-cı turun oyun cədvəli açıqlandı
Yunanov 4 oyunluq cəza aldı
"Qarabağ"a 70 min manatdan çox cərimə, Yankoviçə 8 oyunluq cəza
“Neftçi” yarımfinalda məğlub oldu
Azərbaycanın iki cüdoçusu üçün bürünc medal şansı
AFFA rəsmiləri Özbəkistanda səfərdə olublar
Premyer Liqanın 31-ci turu rəqəmlərin gözü ilə
Yüksək Liqada 20-ci turun oyun cədvəli açıqlandı
PFL çempion oldu
“Məktəbli Qızlar” turnirinə yekun vurulub
Günün oyunları – TV
Millimizin ikinci sınağı
“Real”da intizami araşdırma aparılır
“Əlimizdən gələni edəcəyik ki, sevinən tərəf olaq” - Rəşad Sadıqov
Kubokun finallarını tribunalardan 289 463 tamaşaçı izləyib
“Neftçi” dünya seriyasında yarımfinala yüksəldi
“Azərbaycan Kubokunu qazansaq, tarixi nəticə olacaq” - Dambrauskas
Freddi Varqasın qolu sosial şəbəkədə 22 milyondan çox baxış toplayıb
DAHA ÇOX

Ən çox oxunanlar