“May ayında palçıqda futbol oynayırıq” - Rəşad Sadıqov

“May ayında palçıqda futbol oynayırıq” - Rəşad Sadıqov

"Zirə" Misli Premyer Liqasının 31-ci turunda səfərdə "İmişli" ilə 0:0 hesablı heç-heçə edib.

Sports.az xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Olduqca ağır oyun oldu. Meydançanın vəziyyətini gördüz. Futbolçular 90 dəqiqə ərzində çox istəkli idilər. Qələbə qazanmaq üçün əllərindən gələni etdilər. Amma sonluğu gətirə bilmədik. Məyusuq. Qələbə qazanmaq istəyirdik. Artıq önümüzdəki oyunlara hazırlaşmalıyıq.

- Kubokun finalı ərəfəsində futbolçuları çempionat matçlarına kökləmək çətin deyil?
- Üstün tərəf biz idik, yaxşı qol fürsətləri yaratdıq. Qəti şəkildə sırf kubuku düşünmürük. Adətən kubokun finalı mövsümün sonunda olurdu. İndi isə ağır qrafikə təsadüf etdi. Rotasiyaların, zədələrin oyunumuza təsiri olur. Sıx qrafikdən keçmişik. 35 gün ərzində 8-ci oyunumuz idi. Aprel ayı bizi çox yordu. Meydançanın keyfiyyəti son ötürmələrə, zərbələrə təsir edirdi.

- Oyundan sonra rəqib baş məşqçi ilə görüşmədiz. Bunun səbəbi nədir?
- Adətən oyundan sonra məşqçilər həmkarları ilə görüşüb sonra futbolçularını təbrik edir. "İmişli"nin baş məşqçisi isə matç bitən kimi oyunçularını təbrik etməyə getdi. Mən də tərcüməçi ilə görüşdüm və hərə öz istiqamətində getdi.

- Premyer Liqada komanda sayının artırılmasına gərək var?
- Əsas olan məqsədin nə olmasıdır. Məqsəd sadəcə sayı artırmaqdırsa, say artıb, may ayında palçıqda futbol oynayırıq. Klubların çoxu 3-4 stadionda oynayır. İnfrastrukturu, stadionu olan klub varsa, Premyer Liqaya gələ bilər. Çempionatımızda Keyfiyyətli komandalar, legionerlər var. Bu keyfiyyəti saxlamaq üçün ən azı ot örtüyü yaxsi vəziyyətdə olmalıdır. (Sportal)

Son xəbərlər
“Sabah” uduzdu, “Zirə” xal itirdi
"Neftçi"yə tətbiq olunan transfer qadağası aradan qaldırılıb
“Bayern”in müdafiəçisi növbəti dəfə sıradan çıxdı
“Zirə” Qubada xal itirdi - VİDEO
“Heç-heçə ədalətli nəticədir”
“May ayında palçıqda futbol oynayırıq” - Rəşad Sadıqov
Yığmamız ikinci oyununda da uduzdu
AFFA klublara lisenziya verdi
“Qarabağ”ın əvəzedicilərindən darmadağın
Premyer Liqada aprelin ən yaxşı məşqçisi və futbolçusu məlum oldu
Azərbaycanın 28 güləşçisi qitə birinciliyində yarışacaq
Azərbaycan çempionatının qalibləri müəyyənləşdi
Azərbaycan cüdoçuları Astanada ilk günü medalsız başa vurdular
Ninkoviçin qolu Premyer Liqanın ən yaxşısı seçildi
Finalın oyunöncəsi mətbuat konfranslarının və açıq məşqin vaxtı məlum oldu
Azərbaycan qran-prisi üçün rekord sayda müraciət
Çimərlik güləşçilərimiz mövsümə Vyetnamda start verəcəklər
1-ci Liqada 26-cı turun oyun cədvəli açıqlandı
Yunanov 4 oyunluq cəza aldı
"Qarabağ"a 70 min manatdan çox cərimə, Yankoviçə 8 oyunluq cəza
“Neftçi” yarımfinalda məğlub oldu
Azərbaycanın iki cüdoçusu üçün bürünc medal şansı
AFFA rəsmiləri Özbəkistanda səfərdə olublar
Premyer Liqanın 31-ci turu rəqəmlərin gözü ilə
Yüksək Liqada 20-ci turun oyun cədvəli açıqlandı
PFL çempion oldu
“Məktəbli Qızlar” turnirinə yekun vurulub
Günün oyunları – TV
Millimizin ikinci sınağı
“Real”da intizami araşdırma aparılır
DAHA ÇOX

Ən çox oxunanlar