Dünya futbolu
PSJ çempionluğu təmin etdi

14.05.2026 | 01:28
Fransa Liqa 1-də 29-ci turdan təxirə salınmış oyunlar keçirilib.
Sports.az xəbər verir ki, bu gün iki oyun baş tutub.
“Brest” evdə “Strasburq”a uduzub. Lider PSJ isə səfərdə “Lans”la qarşılaşıb. Paris təmsilçisi inamlı qələbə sayəsində sona bir tur qalmış çempionluğunu təmin edib.
Hazırda PSJ 76 xalla vahid liderdir. “Lans” 67, “Lill” 61 xal toplayıb.
Bu, PSJ-nin 14-cü Fransa çempionluğudur.
Fransa, Liqa 1
29-cu tur
13 may
Brest – Strasburq 1:2
Qollar: Ayorke, 13 – Barko, 9. Nanasi, 20.
Lans – PSJ 0:2
Qollar: Kvaratsxeliya, 29. Mbaye, 90+3.
Son xəbərlər





























