Dünya futbolu
İtaliya klubu baş məşqçisi ilə vidalaşdı

27.05.2026 | 22:40
"Latsio" baş məşqçisi Mauritsio Sarri və onun məşqçilər korpusu ilə yollarını ayırıb.
Sports.az xəbər verir ki, bu barədə klub məlumat yayıb. Klub mütəxəssisə və onun həmkarlarına gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Daha öncə Sarrinin "Atalanta" klubunu çalışdıracağı ilə bağlı xəbərlər yayılmışdı.
Xatırladaq ki, 2025/26 mövsümünün yekunlarına əsasən, "Latsio" 54 xal toplayaraq İtaliya A Seriyasının turnir cədvəlində 9-cu pillədə qərarlaşıb.
Son xəbərlər





























