Dünya futbolu
Millinin baş məşqçisi ilə yeni müqavilə

28.05.2026 | 19:40
Şotlandiya millisinin baş məşqçi Stiv Klarkla ilə müqavilənin müddəti uzadılıb.
Sports.az yerli federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, 62 yaşlı mütəxəssislə yeni sözləşmə 2030-cu ilə qədər nəzərdə tutulub.
“Stiv Klarkın bu yaydan sonra da komandada qalacağını təsdiqləməkdən məmnunuq. O, Şotlandiya millisinin tarixində ən uğurlu baş məşqçidir” – deyə federasiyanın açıqlamasında bildirilib.
Qeyd edək ki, Stiv Klark 2019-cu ildən Şotlandiya millisinə rəhbərlik edir. Şotlandiya millisi 2026-cı il dünya çempionatında C qrupunda Braziliya, Mərakeş və Haiti yığmaları ilə qarşılaşacaq.
Son xəbərlər





























