Fransa klubundan 2.6 milyon avroluq transfer

Fransanın “Trua” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Sports.az xəbər verir ki, Liqa 1 təmsilçisi Almaniyanın “Ştutqart” klubundan yarımmüdafiəçi Aleksis Tibidini transfer edib.

Fransa təmsilçisi bu transfer üçün almanlara 2.6 milyon avro ödəyib. 19 yaşlı futbolçu ilə müddəti 2027-ci ilin 30 iyununa qədər olan müqavilə imzalanıb.

Həm Fransa, həm də Kamerun vətəndaşlığı olan Aleksis Tibidi “Tuluza”nın yetirməsidir. O, 2021-ci ildən formasını geyindiyi “Ştutqart”da cəmi 13 oyun keçirib. Sol cinah vingeri bu mövsümün əvvəlində Avstriyanın “Altax” klubuna icarəyə verilmişdi.

“Trua” öz yarımmüdafiəçisi Nassim Çadlini isə “Havr”a satıb. Mərakeşdən olan 21 yaşlı vinger yeni klubu ilə 2025-ci ilin 30 iyununa kimi anlaşıb. Çadli “Nim”in yetirməsidir. O, 2021-ci ildə keçdiyi “Trua”da cəmi 9 matç keçirib. Bu mövsümün ilk dövrəsini isə o, Belçika “Lommel”ində icarədə keçirib.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar