Cəlal Hüseynov 90 dəqiqə oynadı, "Arda"...

Futbol üzrə Bolqarıstan çempionatında 23-cü turun oyunları davam edir.

Sports.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Cəlal Hüseynovun formasını geyindiyi "Arda" doğma meydanda "Pirin"i qəbul edib. Qarşılaşma qolsuz bərabərliklə başa çatıb.

Cəlal Hüseynov da bu görüşün iştirakçısı olub. 20 yaşlı mərkəz müdafiəçisi matça start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub. 

23 turdan sonra 32 xal toplayan "Arda" turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar