İlkay "Barselona"nın 3 futbolçusundan biridir

"Barselona" 2023/24 mövsümündə zədə problemi yaşayır. 

Sports.Az “Diario Sport”-a istinadən xəbər verir ki, Kataloniya klubunun cəmi 3 futbolçusu bu mövsüm zədə almayıb. 

Mənbənin məlumatına görə, bütün matçlarda çalışdırıcının sərəncamında İlkay Gündoğan, İnyaki Pena və Fermin Lopez olub.

Mövsümün əvvəlində “Barselona”da Ronald Arauxo zədələnib, İniqo Martinez isə iltihaba görə xüsusi müalicə kursu keçdiyinə görə startdakı bir neçə oyunda iştirak edə bilməyib.

Mövsümün gedişində isə, daha çox oyunçu heyətdən kənarda qalıb. Pedri, Frenk de Yonq, Rafinya, Robert Levandovski, Serxi Roberto və Jül Kunde və Qavi zədəlidir. Ter Ştegen, Markos Alonso və Balde isə əməliyyat olunub.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar