“Bayern” cani-dildən Xabi Alonsonu ələ keçirmək üçün çalışır

“Bayer”in baş məşqçisi Xabi Alonsonun “Liverpul”dan çox, “Bayern”ə keçməyə daha yaxın olması ilə bağlı şayiələr yayılıb.

Sports.az xəbər verir ki, “Bayern” Alonsonu transfer etmək üçün çox çalışır, amma hazırda ispan mütəxəssisin verdiyi hər hansı qərar haqqında heç nə məlum deyil.

Vurğulanır ki, Xabi Alonso bu və ya digər seçimə meyl edə bilər, amma bu, yaya qədər heç nəyin dəyişməyəcəyi demək deyil.
Buna görə də “Bayern”, “Liverpul” və “Bayer” bütün seçimləri araşdırmağa davam edəcəklər ki, ispan mütəxəssis əllərindən çıxmasın.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar