“Real” Leni Yoronun “Lill”dən transferi üzərində çalışır

“Real” “Lill”in 18 yaşlı mərkəz müdafiəçisi Leni Yoronun mümkün satınalınması ilə bağlı nüanslar üzərində işləyir.

Sports.az xəbər verir ki, Madrid klubu Yoronun Avropanın ən perspektivli müdafiəçilərindən biri olduğuna inanır.

“Kral klubu”nun 18 yaşlı futbolçu üçün təxminən 30 milyon avro məbləğ təklif etməyə hazır olduğu vurğulanır. Öz növbəsində “Lill” Yoronu son aylar müdafiəçi ilə fəal surətdə maraqlanan PSJ-yə deyil, “Real”a satmağa meyllidir.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar