Uorren Zair-Emeri yaxın vaxtlarda PSJ ilə müqaviləsini yeniləyəcək

Yaxın vaxtlarda PSJ-nin 18 yaşlı mərkəz yarımmüdafiəçisi Uorren Zair-Emeri Fransa nəhəngi ilə əmək müqaviləsinin müddətini 2029-cu ilə qədər uzadacaq.

Sports.az xəbər verir ki, futbolçunun müqaviləsi yaxın günlərdə imzalanmalıdır və əgər əlavə nüanslar ortaya çıxarsa, bunlar uzağı yaxın həftələrdə həllini tapacaq.

Vurğulanır ki, PSJ Uorren Zair-Emerini klubun idman layihəsinin mərkəzi fiquru etmək niyyətindədir.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar