“Çelsi” Niko Uilyamsın transferinə köklənib

Bilbao “Atletik”inin və İspaniya yığmasının vingeri Niko Uilyams gələn yay Premyer Liqada top qova bilər.

Sports.az xəbə verir ki, London nəhənglərindən “Çelsi” 21 yaşlı futbolçunun Bilbao klubu ilə müqaviləsində göstərilmiş təzminat məbləğindən razı qalıb.

Söhbət təxminən 45 milyon avro məbləğdən gedir. Vurğulanır ki, gənc hücumameyilli oyunçunun mümkün alışı əsasən, “zadəanlar”ın vingerləri Mixaylo Mudrik və Rahim Sterlinqin London komandasındakı gələcəyindən asılı olacaq.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar