“Yuventus” Tyon Kopmeynersin transferi ilə bağlı danışıqlara başlayacaq

“Yuventus” yaxın vaxtlarda Niderland yığmasının və “Atalanta”nın 26 yaşlı yarımmüdafiəçisi Tyon Kopmeynersin transferi ilə bağlı danışıqlara başlamaq niyyətindədir.

Sports.az xəbər verir ki, “Qoca sinyora” Kopmeynersin tərəqqisini həmişə izləyib və növbəti transfer pəncərəsində holland futbolçunu Turin komandasının heyətini gücləndirmək üçün əsas namizəd hesab edir.

Vurğulanır ki, “Yuventus” 20 yaşlı yarımmüdafiəçi Fabio Mirettinin “Atalanta”ya keçidini müqavilənin şərtlərinə daxil etməyə çalışacaq.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar