Arçi Braun “Çelsi”, “Yuventus” və “Milan”ın maraq dairəsindədir

“Gent”in ingiltərəli sol cinah müdafiəçisi Arçi Braun qarşıdan gələn yay transfer pəncərəsində Avropanın yüksək səviyyəli klublarından birinə keçə bilər.

Sports.az xəbər verir ki, 21 yaşlı müdafiəçini almaq üçün “Çelsi”, “Yuventus” və “Milan” rəqabət aparırlar.

“Gent” 20 milyon avrodan az olmayan məbləğ müqabilində oyunçusu ilə ayrılmağa hazır olacaq.

Vurğulanır ki, “Çelsi” Braunun alınmasını ciddi surətdə hədəfləyib. Belə ki, “zadəganlar”ın rəhbərliyi Bencamin Çiluellə layiqli əvəzedici almaq niyyətindədir.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar