Aleksis Sançes Səudiyyə Ərəbistanı klublarının təkliflərini rədd etdi

“İnter”in 35 yaşlı çilili hücumçusu Aleksis Sançes Milan klubu ilə cari ilin yayında başa çatacaq müqaviləsinin müddətini uzatmaq istədiyi üçün Səudiyyə Ərəbistanı, Türkiyə və Braziliya klublarından gələn bir neçə təklifi rədd edib.

Sports.az xəbər verir ki, yaxın həftələrdə veteran futbolçunun agenti ilə “İnter” nümayəndələri arasında Sançesin müqavilə müddətinin uzadılması ilə bağlı danışıqlar aparılacaq.

Tərəflər arasında razılıq əldə ediləcəyi ehtimalının yüksək olduğu da vurğulanır.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar