“Nyukasl” “Çelsi”dən icarə etdiyi Lyuis Holu almaq istəyir

“Nyukasl” cari mövsümün əvvəlindən “Çelsi”dən icarə əsasında “sağsağanlar”ın heyətində çıxış edən 19 yaşlı sol cinah müdafiəçisi Lyuis Holu tezliklə tamhüquqlu əsasda transfer edəcək.

Sports.az xəbər verir ki, “zadəganlar” Holun transferindən 30 milyon funt-sterlinq (35 milyon avro) məbləğində qazanc əldə edəcəyinə şübhə etmir.

“Nyukasl” 19 yaşlı müdafiəçini uzun illər kluba kömək edə biləcək biri kimi görür.

Vurğulanır ki, Lyuis Holl özü də bu liderliyi üzərinə götürməyə hazırdır.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar