Kvaratsxeliya fevral ayında “Napoli”nin ən yaxşı oyunçusu seçildi

“Napoli”nin gürcü vingeri Xviça Kvaratsxeliya komandanın fevral ayında ən yaxşı oyunçusu seçilib.

Sports.az xəbər verir ki, Kvaratsxeliya “Napoli”nin fevral ayında A Seriyasında keçirdiyi 5 oyununda 3 qol vurub və 1 məhsuldar ötürmə verib.

Vurğulayaq ki, Xviça cari mövsümdə ötən mövsümdə olduğu qədər yaxşı təsir bağışlamadığı üçün tənqid edilirdi. Göründüyü kimi, futbolçu yenidən idman formasını bərpa edir.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar