“Arsenal”ın Premyer Liqanı qazanmaq üçün əla imkanları var”

“Arsenal”ın və İngiltərə yığmasının sabiq qapıçısı Devid Siman “topçular”ın İngiltərə Premyer Liqasının cari mövsümündə çempionluq imkanlarından danışıb.

Sports.az Simenin bu barədə fikirlərini təqdim edir:

“Onların böyük imkanları var. Keçən il baş verənləri götür-qoy etməli, təcrübə kimi istifadə etməli və bundan sonra nə olacağını görməlidirlər. Keçən il hər şey tamamilə fərqli idi.

Bu il biz daha inamlı görünürük. Yeganə fəsad odur ki, mübarizədə daha iki komanda var. Bu, asan olmayacaq, amma biz əla formadayıq”.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar