“Bayern” Yurgen Klopu 2025-ci ildə baş məşqçi təyin etmək istəyir?

Məlum olduğu kimi, “Liverpul”un baş məşqçisi Yurgen Klopp mövsümün sonunda İngiltərə klubunu tərk edəcək.

Sports.az xəbər verir ki, “Bayern” hazırda Kloppu 2025-ci ilin yayında komandaya baş məşqçi təyin etmək seçimini nəzərdən keçirir.

Eyni zamanda, komanda rəhbərliyi 2024/2025 mövsümü üçün məşqçi işləyəcək mütəxəssis tapmalıdır. Vurğulanır ki, Hans-Diter Flik Münhen komandasının müvəqqəti məşqçisi ola bilər.

Xatırladaq ki, yanvar ayında Yurgen Klopp cari mövsümün sonunda “Liverpul”u tərk edəcəyini bildirmişdi.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar