“Monako”nun baş məşqçisi zədəli Qolovindən danışdı

“Monako”nun baş məşqçisi Adolf “Adi” Hütter komandasının rusiyalı yarımmüdafiəçisi Aleksandr Qolovinin zədəsini şərh edib.

Sports.az avstriyalı mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Əlbəttə, “Qolo” kimi bütün keyfiyyətlərə malik oyunçularımız yoxdur, amma onu əvəz etmək imkanımız var.

Unutmayın ki, bizim iki hücumçulu sistemə keçmək imkanımız var. Biz hələ də ən yaxşı surətdə necə davam edəcəyimizi düşünəcəyik”.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar