Aleksander-Arnold “Everton”la qarşıdakı oyundan danışdı

“Liverpul”un sağ cinah müdafiəçisi Trent Aleksander-Arnold İngiltərə Premyer Liqasının 29-cu turunun “Everton”la qarşıdakı oyunu ilə bağlı gözləntilərini paylaşıb.

Sports.az xatırladır ki, komandalar Çərşənbə günü, aprelin 24-də oynayacaqlar.

“Bizi maraqlı qarşılaşma gözləyir. Derbiyə gəlincə, oyunun özü arxa plana keçir. Uğur qazanmaq arzusu hər şeydən əvvəl gəlir. “Everton” bizi qənimət uğrunda mübarizədən kənarlaşdırmaq, imkanımızdan məhrum etmək üçün hər şeyi edəcək. Biz isə onları çətin vəziyyətə salmağa çalışacağıq”, deyə ingilis futbolçu vurğulayıb.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar