Traorenin agenti Rusiya Premyer Liqası ilə əlaqələrdən danışdı

“Hall Siti”nin hücumameyilli yarımmüdafiəçisi Adama Traorenin maraqlarını təmsil edən futbol agenti Seku Traore müştərisinin Rusiya Premyer Liqasına keçməsi ehtimalı haqda danışıb.

Sports.az Seku Traorenin bu barədə fikirlərini təqdim edir:

“Biz CSKA (Moskva) və bir sıra digər Rusiya klubları ilə Adama Traorenin Rusiya Premyer Liqasına mümkün transferi barədə danışırıq. Deyərdim ki, yayda onun Rusiyaya getmə ehtimalı 85 faizdir. Ən çox maraq göstərən klub məlumatı açıqlamamağı xahiş edib, ona görə də bu, hələlik sirrdir”.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar