Pato 2007-ci ildə “Milan”a keçidini izah etdi

Braziliyalı hücumçu Aleşandre Pato karyerasının əvvəlində niyə məhz “Milan”a keçidi seçdiyini açıqlayıb.

Sports.az Patonun bu barədə fikirlərini təqdim edir:

“İnternasyonal”da çox yaxşı çıxış etmişdim. Əslində orada çox xoşbəxt idim, ancaq “Milan” kimi bir klubdan gələn təklifi rədd edə bilməzdim.

O vaxt onlar demək olar, dünyanın ən yaxşı komandası idilər: Ronaldo mənim kumirimdir, eləcə də Kaka, Paolo Maldini, Cennaro Qattuzo, Andrea Pirlo, Klarens Zeedorf, Serjinyo, Emerson, Dida… Mən davam edə bilərəm!”

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar