Xavi 2025-ci ilə qədər “Barselona”da qalmağa hazırdır

“Barselona”nın baş məşqçisi Xavi 2025-ci ilə qədər Kataloniya klubunda qalmağa hazırdır.

Sports.az xəbər verir ki, yaxın vaxtlarda ispan mütəxəssis klub prezidenti Joan Laporta və “blauqrana”nın idman direktoru Deku ilə görüşərək, əməkdaşlığın mümkün davamını birlikdə müzakirə edəcəklər.

Xatırladaq ki, yanvarın sonunda Xavi cari mövsümün bitməsilə “Barselona”dan ayrılacağını açıqlamışdı. Eyni zamanda vurğulayaq ki, mütəxəssisin “blauqrana” ilə cari müqaviləsi 2025-ci ilin yayına qədər nəzərdə tutulub. Xavinin özü dəfələrlə yeganə düzgün qərar verdiyini və onu dəyişmək fikrində olmadığını vurğulayıb.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar