Jül Kunde Gündoğanla Arauxo arasındakı vəziyyətə aydınlıq gətirdi

“Barselona”nın müdafiəçisi Jül Kunde Çempionlar Liqasının 1/4 final mərhələsinin PSJ ilə cavab oyunundan (1:4) sonra komanda yoldaşları Ronald Arauxo və İlkay Gündoğan arasında yaranmış münaqişədən danışıb.

Sports.az Kundenin bu barədə fikirlərini təqdim edir: 

“Paltardəyişmə otağında hər şey sakitdir. Hamımız bir-birimizlə ən vacib olanı danışdıq və məsələ bağlandı. Düşünürəm ki, Gündoğan Ronaldı təqsirləndirmək istəməyib və məncə, Arauxo başa düşdü ki, münaqişə yoxdur. Biz həmişə bir yerdə olacağıq - həm məğlubiyyətdə, həm də qələbədə”.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar