“Mançester Yunayted” lap Çempionşip komandasına bənzəyirdi”

“Mançester Yunayted”in irland sabiq yarımmüdafiəçisi Roy Kin “qırmızı şeytanlar”ın İngiltərə Kubokunun yarımfinalında “Koventri Siti” ilə oyunundakı çıxışını tənqid edib.

Sports.az xatırladır ki, “Mançester Yunayted” 3:0 hesabı ilə öndə olduğu oyunda rəqibə 3:3 hesablı heçə-heçəyə imkan verib və oyunu yalnız penaltilər silsiləsində öz xeyrinə dəyişə bilib - 4:2.

“Koventri Siti” Premyer Liqa komandasına, “Mançester Yunayted” isə lap Çempionşip komandasına bənzəyirdi”, deyə Kin “qırmızı şeytanlar”ın ünvanına tənqidini ifadə edib.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar