Slot “Liverpul”un yeni baş məşqçisi vəzifəsinə əsas namizəddir

“Liverpul” rəhbərliyi “Feyenoord”un baş məşqçisi Arne Slotu cari mövsümün sonunda klubdan ayrılacaq alman mütəxəssis Yurgen Klopun yerinə əsas namizəd hesab edir.

Sports.az xəbər verir ki, “Liverpul” rəhbərliyi Slotun “Feyenoord”a aşıladığı oyun tərzini bəyənir.

Mersisaydlılar Rotterdam klubunun məhdud maliyyə imkanlarına rəğmən, 45 yaşlı niderlandlı mütəxəssisin uğur qazanma qabiliyyətini də vurğulayırlar.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar