“Liverpul” Fonseka ilə danışıqlar apardı

“Lill”in baş məşqçisi Paulu Fonseka “Liverpul”un çalışdırıcısı Yurgen Klopun yerinə namizədlərdən biridir.

Sports.az xəbər verir ki, mersisaydlıların klub rəhbərliyi portuqal mütəxəssisin Fransa Liqa-1-dəki uğurlarına sevinir və bu yay Yurgen Klopun gedişindən sonra baş məşqçi vəzifəsinə mümkün təyinatla bağlı, Fonseka ilə artıq qeyri-rəsmi danışıqlar aparıb.

Vurğulanır ki, “Vest Hem”lə danışıqları mənzərəsində, “Sportinq”in portuqal çalışdırıcısı Ruben Amorimin dəvət edilməsi seçimi hazırda “Liverpul”da sual altındadır.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar