AÇ-nin sonuncu günündə daha 4 güləşçimiz medal qazana bilər

Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə Avropa çempionatı bu gün başa çatacaq.

Sports.az xəbər verir ki, yarışın sonuncu günündə Azərbaycanın daha 4 sərbəst güləşçisi bürünc mükafat qazana bilər.

Nurəddin Novruzov (61 kq) təsəlliverici görüşdə Nils Leutert (İsveçrə) ilə üz-üzə gələcək. Turan Bayramov (74 kq), Arseni Cioyev (86 kq) və Georgi Meşvildişvilinin (125 kq) medal qarşılaşmalarındakı rəqibləri daha sonra bəlli olacaq.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar