“Azərbaycanı çox sevdim” - Manenti

“Azərbaycanı çox sevdim” - Manenti

"Bakı–Xankəndi" Azərbaycan velosiped yarışının dördüncü mərhələsinin qalibi olan italiyalı Marko Manenti Azərbaycanı çox sevdiyini, ölkəmizin təbiətinin möhtəşəm olduğunu bildirib.

Sports.az xəbər verir ki, idmançı bu barədə mətbuat konfransında deyib.

O, çətin mərhələdə qalib gəldiyini sözlərinə əlavə edib:

"Çətin mərhələ idi. Qalib gəldiyim üçün çox xoşbəxtəm. Başlanğıcda bir az rəqiblərimlə məsafə yarandı. Bu, komandamız üçün çox böyük nailiyyətdir".

M.Manenti sabahkı mərhələnin də maraqlı alınacağını sözlərinə əlavə edib:

"Sabah da çətin olacaq. Komanda olaraq yaxşı nəticə əldə etməyə çalışacağıq. Bu qələbə komandamız üçün başlanğıc idi. Növbəti mərhələdə də xallar qazanacağımıza inanırıq. Bu, bizim üçün çox önəmlidir".

Velosipedçi 2026-cı ildə ilk qələbəsini Azərbaycanda qazanmasına da münasibət bildirib:

"Ötən ilə qədər U-23 kateqoriyasında idim. Bu, böyüklər arasında ilk qələbəmdir. Azərbaycanı çox sevdim. Ölkənizin təbiəti möhtəşəmdir".

Qeyd edək ki, Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda mübarizə aparır. Beş mərhələdən ibarət olan yarışın mükafat fondu 50 000 avrodan çoxdur. Yarışa mayın 14-də yekun vurulacaq.

Turnirin son mərhələsi isə Xankəndi şəhərində baş tutacaq.

Son xəbərlər
“Aston Villa” “Arsenal”ın oyunçusu ilə maraqlanır
Bakıda keçiriləcək beynəlxalq turnir üçün müzakirələr aparılıb
“Azərbaycanı çox sevdim” - Manenti
Darvin Nunyes Avropa futboluna qayıda bilər
“Araz-Naxçıvan”ın futbolçusu yığmaya dəvət olundu
“Bakı–Xankəndi” yarışının dördüncü mərhələsinin medalçıları mükafatlandırıldı
Xabi Alonso “Çelsi” ilə danışıqlar aparır, amma…
UEFA-nın dəstəyi ilə AFFA tərəfindən həkimlər üçün seminar
Azərbaycan cüdoçuları Avropa Kubokunda çıxış edəcəklər
“Tottenhem” “Borussiya”nın hücumçusu ilə maraqlanır
AMADA yeni antidopinq qaydalarındakı əsas dəyişiklikləri açıqladı
“Bakı–Xankəndi” yarışının dördüncü mərhələsinin qalibi bəlli oldu
Məzunu “Mançester Yunayted”ə qayıtmaq istəmir
UEFA-nın dəstəyi ilə Gəncədə turnir keçirilib
“Real”dakı çuğul kimdir?
“Çelsi” hücumçusunu “Yuventus”a satmağa hazırdır
“Liverpul” baş məşqçisi ilə bağlı qərar qəbul etdi
Qvardiola Qehi haqda qənaətini açıqladı
“Çelsi” hələ də baş məşqçi axtarşındadır
“Bakı–Xankəndi” velosiped yarışının dördüncü mərhələsi keçiriləcək
2-ci Liqada 27-ci turun oyun cədvəli açıqlandı
Millimizin üzvü 90 dəqiqə oynadı
Günün oyunları – TV
Hüseynovun dublu komandasına qələbə qazandırdı
“Sabah” kubokun finalında “Zirə” ilə üz-üzə
“Atletiko”dan çətin qələbə
Avropa çempionatına 2 gümüş, 1 bürünc medalla start
“Çelsi” üçün ehtiyat seçim
Əli Cavadlı Avropa çempionatının finalında
Stolüstü tennisçilər Daşkəndə yollandılar
DAHA ÇOX

Ən çox oxunanlar