Azərbaycan şahmatçısı dünya çempionu oldu

İtaliyanın Sardiniya adasında 20 yaşa qədər şahmatçılar arasında rapid üzrə dünya çempionatı keçirilib.
 
Sports.az xəbər verir ki, şahmatçımız Gövhər Beydullayeva dünya çempionatında tarixi uğura imza atıb.

O, 11 oyundan 9 xal toplayaraq çempionatı birinci pillədə başa vurub. 

Ölkəmizin digər şahmatçısı Məhəmməd Muradlı 6,5 xalla 13-cü yerdə qərarlaşıb.

Sabah İtaliyada blits üzrə dünya çempionatı başlayacaq.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar