Milli komandamız AVRO-2024-ün iştirakçısı ilə qarşılaşacaq

Futbol üzrə Azərbaycan millisi Albaniya ilə yoldaşlıq görüşü keçirəcək.

Sports.az xəbər verir ki, qarşılaşma iyunun 7-də Avstriyanın Qrats şəhərində təşkil olunacaq və yerli vaxtla saat 20:45-də başlayacaq.

Bu, AVRO-2024-ə hazırlıq çərçivəsində Albaniyanın son sınaq matçı olacaq.

Qeyd edək ki, Albaniya yığması Avropa çempionatının B qrupunda İspaniya, Xorvatiya və İtaliya ilə mübarizə aparacaq. Albanlar ilk oyunlarını iyunun 15-də İtaliyaya qarşı keçirəcəklər.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar