UEFA Qurbanov və Alonsodan yazdı

UEFA-nın rəsmi saytı “Qarabağ” və “Bayer” (Leverkuzen) arasında Avropa Liqasının 1/8 final mərhələsinin Bakıda keçiriləcək ilk oyunu haqda yazıb.

Sports.az xəbər verir ki, Avropanın ali futbol qurumunun saytı “köhlən atlar”ın “Bayer”lə düşməsini həvəslə qarşılamadığını iddia edib:

“UEFA Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu “Bayer”ə səfərdə (1:5) və evdə (0:1) uduzmuşdu. Bu baxımdan “Qarabağ” tərəfindən Almaniya lideri ilə yeni görüş həvəssiz qarşılandı.

Digər tərəfdən, Ağdam klubu ilk dəfə avrokuboklarda 1/8 finala yüksəlib və onların baş məşqçisi Qurban Qurbanov bu yaxınlarda Xabi Alonsonun iş üsulları ilə tanış olmaq üçün Leverkuzenə səfər edib”.

“Qarabağ” – “Bayer” oyunu martın 7-də Bakıda, Tofiq Bəhramov adına stadionda keçiriləcək. Oyuna saat 21:45-də start veriləcək.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar