"Neftçi" şərikli liderdir


"Sərhədçi" İdman Mərkəzində, basketbol üzrə Azərbaycan Kubokunun "A" qrupunda növbəti iki oyun keçirilib. Günün ilk oyunu "Sumqayıt" və "Cəlilabad" komandaları arasında baş tutub. Bu oyun "Cəlilabad" klubunun 90-76 hesablı qələbəsi ilə yekunlaşıb. Ən məhsuldar basketbolçular: "Sumqayıt" (Tay Rendal - 19 xal, 4 asist), "Cəlilabad" (Zaur Paşayev - 19 xal, 8 ribaund) Günün ikinci oyununda kuboka yaxşı start vermiş iki klub, "Neftçi" və "Xırdalan" üz-üzə gəlib. Öz gərginliyi ilə seçilən oyunu 80-68 hesabı ilə qalib tamamlayan "Neftçi", "A" qrupunda "Xəzri" ilə xallarının sayı bərabərləşdirib. Ən məhsuldar basketbolçular: "Neftçi" (Ceyms Haforn - 13 xal, 3 ribaund), "Xırdalan" (Cakori Arçi - 27 xal, 5 ribaund)

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar