"İnsan sağlam yaşamaq istəyirsə..."

Hər kəsi idmanla məşğul olmağa dəvət edirəm. Əgər insan sağlam yaşamaq istəyirsə, özünə daim qulluq etməli, pis vərdişlərdən uzaq durmalıdır.

Bu sözləri Milli Olimpiya Komitəsinin (MOK) və Azərbaycan Atıcılıq Federasiyasının (ATF) vitse-prezidenti Zemfira Meftahətdinova deyib.

5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə bütün Azərbaycan xalqını təbrik edən Z.Meftahətdinova idmanın insan həyatı üçün böyük önəm kəsb etdiyini bildirib: “Dövlət tərəfindən də hər zaman idmana böyük qayğı göstərilib. İdmançılarımızı təbrik edirəm. Bu il, həmçinin Olimpiya ilidir. Ümid edirəm ki, 2024-cü il Azərbaycan idmançıları üçün düşərli olacaq”.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən hər ilin bu günü Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunur.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar