Raul AFFA-nın təklifindən imtina etdi

“Jenis”un futbolçusu Raul Allahverdiyev AFFA-nın Azərbaycan millisində oynamaq təklifindən imtina edib.

Sports.az Tengri Sport-a istinadən xəbər verir ki, 17 yaşlı hücumçu Qazaxıstan yığmasında oynamaq arzusunda olduğunu bildirib.

Raul Allahverdiyev hazırda Qazaxıstanın U-17 yığmasında çıxış edir. Yeniyetmə futbolçu Azərbaycanda oynamaq fikrində olmadığını deyib:

“Belə diqqətdən məmnunam. Amma mən Qazaxıstanın gənclərdən ibarət komandasının oyunçusuyam".

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar