Bakıda parad keçirilib

Hövsan Olimpiya İdman Kompleksində Bakı Şəhər Gənclər və İdman İdarəsinin(BŞGİİ) təşkilatçılığı ilə idman paradı keçirilib. 
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və ölkəmizin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
BŞGİİ-nin idman sektorunun müdiri Rəşad Əliyev çıxış edərək tədbir iştirakçılarını 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə təbrik edərək, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Çıxışdan sonra parad açıq elan edilib. 
12 rayonu təmsil edən gənclər paraddan keçiblər.
Tədbirin rəsmi hissəsindən sonra müxtəlif idman növlərinin nümunəvi çıxışları nümayiş  olunub.
Daha sonra gənclərin iştirakı ilə fləşmob baş tutub. 
Tədbir #Birkimibirlikdə sloqanın səsləndirilməsi və göyərçin uçurdulması ilə sonlanıb.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar