“Bizim üçün çempionat matçları daha önəmlidir”

“Gəncə”nin baş məşqçisi Bedri Meriç “Sabah”a 77:89 hesabı ilə məğlub olduqları basketbol üzrə Azərbaycan Kubokunun oyunundan sonra fikirlərini bölüşüb.

Sports.az xəbər verir ki, türkiyəli mütəxəssis uduzmalarına baxmayaraq, rəqiblə başabaş mübarizə apardıqlarını bildirib: 

“Kubokun ilk turunda “Sərhədçi” ilə görüşdə pis oynamışdıq. Bu, bizim oyun üslubumuz deyildi. Çünki uduzduğumuz görüşlərdə belə, mübarizə əzmimiz həmişə yüksək olub, vuruşaraq məğlub olmuşuq. “Sabah”la qarşılaşmaya da pis başladıq. Amma asan təslim olmadıq. Rəqib bizdən çox güclü olmasına baxmayaraq, hesab arasındakı böyük fərqi aradan qaldırmağı bacardıq”.

Bedri Meriç kubok matçlarına ciddi yanaşmadıqlarını etiraf edib: “Kubok matçlarını ritm yaxalamaq üçün oynayırıq. Limit fərqi var. Bizim üçün çempionat matçları önəmlidir. Evdə və səfərdə keçirəcəyimiz qarşılaşmalarda qalib gəlməyə çalışacağıq”.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar