Serxio Ramosa Səudiyyə Ərəbistanı Liqasının klubları iddia edirlər

“Sevilya”nın ispan mərkəz müdafiəçisi Serxio Ramos bu yay Səudiyyə Ərəbistanı çempionatı klublarından birinə keçə bilər.

Sports.az xəbər verir ki, 37 yaşlı veteran futbolçuya ən fəal marağı Ramosun “Real”dakı keçmiş komanda yoldaşı Kərim Benzemada oynadığı “Əl-İttihad” göstərir.

Vurğulanır ki, “Sevilya” da öz veteranı ilə əməkdaşlığı davam etdirməkdə maraqlıdır. Komanda rəhbərliyi tezliklə Ramosa yeni müqavilə təklif etsələr də, ciddi maaş artımına razı olmayacaqlar. Bu isə ərəb klublarının Ramosu cəlb etmək fürsətlərini artırır.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar