Səudiyyə Ərəbistanı klubları Məhəmməd Salahdan gözlərini çəkmirlər

Səudiyyə Ərəbistanı klubları yay transfer pəncərəsində “Liverpul”un misirli ulduzu, hücumçu Məhəmməd Salahı almaq cəhdlərindən əl çəkməyiblər.

Sports.az xəbər verir ki, Salah keçidi üçün yaşıl işıq yandırarsa, Səudiyyə Ərəbistanı klubları dərhal söhbət masasına oturmağa hazırdırlar.

Salahın özü hələ də Səudiyyə Ərəbistanına köçmək imkanını dəyərləndirir.

Misirli ulduza “Əl-İttihad” və “Əl-Hilal” fəal maraq göstərirlər, amma Salah uğrunda mübarizəyə Səudiyyə Ərəbistanının digər klublarının da qoşulacağını istisna edilmir.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar