İngiltərə nəhəngləri Coşua Zirkzeeyə maraqlarını saxlayıblar

“Arsenal” və “Mançester Yunayted” “Bolonya”nın hollandiyalı hücumçusu Coşua Zirkzeeni izləməyə davam edirlər.

Sports.az xəbər verir ki, “Arsenal”ın skautları futbolçunun qol vurduğu, A Seriyasının 25-ci turunun “Bolonya” - “Latsio” oyununda (2:1) Zirkzeeni izləyiblər.

“Mançester Yunayted” də Zirkzee ilə maraqlanır, amma “qırmızı şeytanlar”ın bu istiqamətdə fəaliyyəti haqda məlumat yoxdur.
İtaliya klubu hücumçusu müqabilində ən azı 60 milyon avro məbləğ tələb edir.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar