“Real” Alfonso Deyvisin tranferi ilə bağlı danışıqların yekun mərhələsindədir

“Real” Alfonso Deyvisin tranferi ilə bağlı “Bayern”lə apardığı danışıqların yekun mərhələsindədir.

Sports.az xəbər verir ki, müqavilə hələ razılaşdırılmayıb, amma tərəflər buna yaxındırlar.

Əvvəllər “Bayern” futbolçusu müqabilində 50 milyon avro məbləğ tələb edir, “Real” isə 35 milyon avro məbləğ təklif edirdisə, indi tərəflərin ortaq məxrəcə gəlməsi üçün mövqeləri yaxınlaşıb. Futbolçunun özü də “Real”a keçmək istəyir. Deyvisin “Real”a keçidi ilə bağlı artıq ilkin razılığa gəldiyi haqda daha əvvəl məlumat yayılmışdı.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar